AZ

Narkomanları güllələtdirən keçmiş prezident həbs edildi

Filippinin keçmiş prezidenti Rodriqo Duterte Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) orderi əsasında Manila hava limanında saxlanılıb. Bu barədə “Manila Bulletin” ölkə prezidentinin ofisinə istinadən məlumat yayıb.


Duterte Honq-Konqdan təyyarə ilə qayıdandan sonra saxlanılıb. Polis onu bir zamanlar başlatdığı "narkomaniyaya qarşı müharibə" zamanı insanlığa qarşı cinayət törətmək işi üzrə nəzarətə götürüb.


"Gələn kimi baş prokuror ona ICC-nin keçmiş prezidentin insanlığa qarşı cinayətlərə görə həbs edilməsi barədə orderini təqdim edib", - prezidentin mətbuat xidmətinin bəyanatında deyilir.

Tural

Seçilən
35
20
news365.az

10Mənbələr