AZ

AVRO-2026: Azərbaycan millisi Yunanıstan seçməsi ilə üz-üzə

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycanın futzal millisi AVRO-2026-nın əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək.
Oxu.Az xəbər verir ki, seçmə komandamız IV turda Afinada Yunanıstanın qonağı olacaq.
V qrupun bu qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Görüşü Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, V qrupda Xorvatiya 9 xalla liderdir. Yunanıstan 4 xalla ikinci, Azərbaycan 2 xalla üçüncü, İsveç 1 xalla sonuncu - dördüncüdür.
AVRO-2026, əsas mərhələ
V qrup
21:00, Yunanıstan - Azərbaycan
Seçilən
16
oxu.az

1Mənbələr