AZ

Tramp kriptovalyutalarla bağlı fərman imzalayacaq - Kriptovalyuta bazarını nələr gözləyir?

ABŞ Prezidenti Donald Trampın bu həftə kriptovalyutalarla bağlı yeni icra fərmanı imzalayacağı gözlənilir.

Valyuta.az xarici mənbələrə istinadən xəbər verir ki, fərman kripto banklarının ABŞ Federal Ehtiyat Sisteminin (FED) ödəniş sisteminə çıxışını təmin edə bilər. Həmçinin, stabilkoinlərin qiymətli kağız kimi təsnif edilməməsi ilə bağlı göstərişlər verəcəyi bildirilir.

Tramp administrasiyası bu addımla, Prezident Co Bayden dövründə tətbiq olunan və kriptovalyuta şirkətləri üçün bank xidmətlərini məhdudlaşdırdığı iddia edilən "Chokepoint 2.0 əməliyyatı" çərçivəsindəki tənzimləyici tədbirləri ləğv etməyi planlaşdırır.

Ağ Evin Rəqəmsal Aktivlər üzrə İşçi Qrupunun icraçı direktoru Bo Hines fərmanın hazırlandığını təsdiqləsə də, detalları açıqlamayıb. Əgər fərman qüvvəyə minərsə, "FED"in kriptovalyutalarla bağlı siyasətində mühüm dəyişiklik baş verə bilər. Bayden administrasiyası dövründə "Custodia Bank" kimi kripto dostu bankların əsas hesab müraciətləri ardıcıl olaraq rədd edilirdi. Bunun dəyişməsi rəqəmsal aktivlər sektorunda irəliləyişə səbəb ola bilər. Lakin "FED" müstəqil qurum olduğu üçün bu qərarın hüquqi çətinliklərlə qarşılaşacağı ehtimal edilir.

Məlumata görə, Ağ Ev rəsmiləri fərmanın yekun versiyasını təsdiqləməzdən əvvəl mümkün hüquqi maneələri nəzərdən keçirəcək. Bundan əlavə, fərmanda stabilkoinlərin qiymətli kağız hesab edilməməsi məsələsinin bir daha vurğulanacağı bildirilir.

Sərvanə Rəmixanova

Seçilən
31
1
valyuta.az

2Mənbələr