Neurology jurnalında dərc olunan araşdırmada insult üçün 10 əsas risk faktoru təhlil edilib və onlardan ən təhlükəlisi müəyyən edilib. AzPost Championat.com-a istinadən xəbər verir ki, İrlandiyanın Qoluey Universitetinin əməkdaşı Katriona Reddinin rəhbərlik etdiyi tədqiqatın müəllifləri 32 ölkədən 26 948 iştirakçı haqqında məlumat toplayıblar. Onların yarısı insult keçirmiş, digər yarısı insult keçirməyən nəzarət qrupu idi. İnsultdan sağ çıxanların 48%-i ağır, 52%-i isə yüngül və ya orta dərəcəli xəsarətlər alıb.
Tədqiqatçılar tərəfindən müəyyən edilmiş əsas risk faktorları:
– yüksək qan təzyiqi;
– atrial fibrilasiya;
– siqaret.
Nəticələr göstərib ki, yüksək qan təzyiqi olan insanlarda ağır insult riski 3,2 dəfə, qulaqcıqların fibrilasiyası olanlarda isə 4,7 dəfə artıb. Siqaret çəkmək də riski əhəmiyyətli dərəcədə artırır – ağır insult üçün 1,9 dəfə, yüngül və ya orta dərəcəli insult üçün 1,7 dəfə.