AZ

Bu il qəbul imtahanlarında balların artacağı proqnozlaşdırılır

2025-ci ildə olacaq qəbul imtahanlarında bəzi ixtisaslar üzrə qəbul balları artırılacaq.

“Heftelik.az” “Xəzər Xəbər”ə istinadən məlumat verir ki, təhsil üzrə ekspert Kamran Əsədovun sözlarinə görə, bu il 126 000-dən çox abiturient elektron ərizə vasitəsilə qəbul imtahanlarına sorğu göndərib.

Bu isə son 5 il ərzində bu sahə üzrə ən yüksək göstərici kimi qiymətləndirilib.

Ekspertin sözlərinə görə, abiturient sayının bu qədər çox olması fənnlər və seçimlər arasında da rəqabətin güclənməsinə səbəb olacaq.

Bununla yanaşı, 11-ci sinif həcmində kolleclərə qəbul üçün verilən ərizələr də bu il ötən illərdən fərqli olaraq çoxalıb.

K. Əsədov həmçinin onu da qeyd edib ki, ixtisas seçimləri içərisində ən çox müraciət olunan 1 və 3-cü qrup üzrə olan ixtisaslardır. Bu da ona gətirib çıxaracaq ki, bu qruplar üzrə rəqabət artdığı üçün qəbul balları da avtomatik olaraq əvvəlki illərə nisbətən yüksələcək.

“İnformasiya texnologiyaları”, “Kompüter elmləri”, “Kompüter mühəndisliyi” və s. kimi ixtisaslar abiturientlərin daha çox rəqabət aparacağı sahələr olacaq.

Kamran Əsədovun sözlərinə görə, Qarabağ Universitetində “Tibb” fakültəsinin yaradılması bu üzrə də keçid ballarının artırılmasına zəmin yaradacaq.

Müəllif: Türkan_zadə

Seçilən
16
heftelik.az

1Mənbələr