AZ

Ukrayna Ordusu Kurskda mühasirəyə düşüb? - Deputat AÇIQLADI

Kursk körpüsündə vəziyyət Ukraynanın Müdafiə Qüvvələri üçün ağırdır. Ruslar bizə hər tərəfdən təzyiq göstərməklə kifayətlənmir, həm də mühasirəyə şərait yaratmağa çalışırlar.

Modern.az xəbər verir ki, bunu “Azadlıq” radiosunun efirində Ukrayna Ali Radasının Müdafiə Komitəsinin katibi Roman Kostenko deyib.

"Mən bildiyim odur ki, hazırda hələ ki mühasirə təhlükəsi yoxdur və düşmən sadəcə olaraq bizi sıxışdırmağa çalışır. Əsgərlərimiz döyüşür. Amma əgər bəli, vəziyyət bu cür inkişaf etsə, mühasirə baş verə bilər. Nə qərar veriləcək - ehtiyatlar ora göndəriləcək, yoxsa bir az sonra geri çəkilməyə qərar veriləcək, biz bunu sonra, aktiv faza bir az dayandıqda görəcəyik", - Kostenko deyib.

O qeyd edib ki, rusların Kurskdakı uğuru çətin ki, ABŞ-dan kəşfiyyat məlumatlarının ötürülməsinin dayandırılması ilə bağlı olsun. Deputatın sözlərinə görə, bu halda söhbət məlumatların taktiki səviyyəsindən gedir.

"Ukrayna Silahlı Qüvvələri pilotsuz təyyarələrin köməyi sayəsində kəşfiyyat məlumatları əldə edir. Bəli, orada müəyyən məlumatlar var. Amma biz kəşfiyyat məlumatlarından tamamilə məhrum olmamışıq ki, kor kimi qalaq. Kurskda bir sıra amillər var. Birincisi, düşmənin orada qüvvə və resurs üstünlüyü var. Əgər əvvəllər düşmənin prioriteti Pokrovsk idisə və onlar burada yerləşdirilmişdilərsə, biz onların qarşısını saxlayırdıq, indi isə onların prioriteti dəyişib”, - Kostenko əlavə edib.

Seçilən
9
modern.az

1Mənbələr