AZ

Ronaldonun 30 yaşdan sonra vurduğu qollar

Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubunun və Portuqaliya millisinin 40 yaşlı hücumçusu Kriştiano Ronaldo barədə maraqlı statistik məlumatlar ortaya çıxıb.

Yenisabah.az xəbər verir ki, o, 30 yaşından sonra 464 qol vurub. Yəni onun 30 yaşdan sonra vurduğu qolların sayı bu yaşa qədər vurduqlarından daha çoxdur.

Ümumən Ronaldonun futbol karyerasında 927 qolu var. O, 30 yaşına qədər 463 qol dəfə fərqlənib.

Martın 10-u Kriştianu Asiya Çempionlar Liqasının 1/8 final mərhələsində İranın “İsteqlal” klubuna qarşı oyunda (3:0) penalti zərbəsini dəqiq yerinə yetirib.

Kriştiano Ronaldo tarixdə rəsmi oyunlarda 927 qol vuran ilk futbolçudur. O, “Sportinq”də 5, “Mançester Yunayted”də 145, “Real”da 450, “Yuventus”da 101, “Əl-Nəsr”də 92, Portuqaliya millisində isə 134 qol vurub.

Ronaldo milli komandalar, Avropa çempionatı, UEFA Çempionlar Liqası və klublararası dünya çempionatının ən yaxşı bombardiridir.


Telegram kanalımız
Seçilən
11
yenisabah.az

1Mənbələr