AZ

Zelenski Səudiyyə Ərəbistanında - "Bu addımları müzakirə etdik"

Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski ilə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud Ukraynadakı müharibənin başa çatması üçün atılacaq addımları müzakirə ediblər. Görüş Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilib.

Bu barədə Vladimir Zelenskinin "Teleqram" kanalında məlumat verilib.

Zelenski yazıb: "Biz Məhəmməd bin Salman Əl Səud ilə müharibəni dayandırmaq, etibarlı və uzunmüddətli sülh əldə etmək üçün atılacaq addımları ətraflı müzakirə etdik. Məhbusların azad edilməsi və uşaqların geri qaytarılması məsələləri xüsusi qeyd edildi. Bu məsələlər diplomatik səylərə etimadın yaradılması üçün əsas addımlar ola bilər. Söhbətin mühüm hissəsi təhlükəsizlik zəmanətlərinin formatlarına həsr olundu".

Hürr Tərcüman

 

Seçilən
25
hurriyyet.az

1Mənbələr