AZ

Pavel: “Avropa ABŞ-siz gələcəyə hazır olmalıdır”

AzVision.az xəbər verir ki, jurnalistlərə açıqlamasında Petr Pavel Çexiyanın “bir sıra mühüm məsələlərdə ABŞ-nin mövqeyinin dəyişməsini” nəzərə alaraq, ilk növbədə, həm ölkədə, həm də Avropa İttifaqında (Aİ) öz imkanlarına daha çox diqqət yetirməli olduğunu vurğulayıb.

“Bizim üstünlüyümüz ABŞ ilə sıx ittifaqda işləməyə davam etmək və fəaliyyət göstərən transatlantik əlaqəni saxlamaq olacaq. Digər tərəfdən, biz Aİ və ya Avropanın bir hissəsi kimi tək qala biləcəyimizssenariyə hazır olmalıyıq. Bu halda müdafiəmizi təmin etmək üçün bütün zəruri bacarıqlarımızı qorumaq üçün həmfikir ölkələrlə çox intensiv işləməyə hazırıq”,- Çexiya prezidenti deyib.

Qeyd edək ki, ABŞ-nin yeni administrasiyası dəfələrlə Avropadakı hərbi mövcudluğunu azaltmağı planlaşdırdığını və NATO-nun avropalı üzvlərinin müdafiəyə daha çox pul xərcləməli olduğunu açıqlayıb.

Sahil İsgəndərov
AzVision.az

Seçilən
35
1
azvision.az

2Mənbələr