AZ

Tanınmış qapıçı karyerasını bitirdi: “Kimisə incitmişəmsə, üzr istəyirəm”

Ukrayna millisinin sabiq qapıçısı Denis Boyko peşəkar karyerasını başa vurub.

Msport.az xəbər verir ki, təcrübəli qolkiper qərarını sosial şəbəkə hesabında açıqlayıb.

“Kimisə incitmişəmsə və ya davranışım kiminsə xoşuna gəlməyibsə, üzr istəyirəm. Bunlar, sadəcə emosiyalardır və mən də hər kəs kimi səhv edə bilərəm.

Komandam üçün meydanda bütün varlığımı vermişəm, ona görə də bu gün peşəkar karyeramı vicdanla başa vurmaq imkanım var!” – deyə 37 yaşlı qapıçı yazıb.

Qeyd edək ki, Boyko Kiyev “Dinamo”su ilə Ukrayna çempionu, “Beşiktaş”da isə Türkiyə Superliqasının qalibi olub. O, həmçinin “Dnepr”, “Krivbas”, “Obolon” və “Malaqa”da da çıxış edib. Boyko 2024-cü ilin yayında “Polesye”dən ayrıldıqdan sonra klubsuz qalıb.

Seçilən
24
msport.az

1Mənbələr