Premiyer Liqanın son çempionu “Mançester Siti” yeni qalmaqalla üzbəüzdür. “Mavilər”in transfer müqavilələrində bir çox qanunsuzluqlar üzə çıxıb.
Yenisabah.az xəbər verir ki, qətərli milyarder Şeyx Mənsur bəzi oyunçuların keçidi zamanı əlaltından futbol klublarına pul ötürüb. Həmin məbləğlər bonservis müqavilələrində öz əksini tapmayıb.
Analoji vəziyyət “PSJ” və “Nyukasl” klublarında da qeydə alınıb. Maddi imkanları xeyli yüksək olan komandalar transfer məqsədi ilə vəsaitin bir hissəsini qeyri-rəsmi formada qarşı tərəfin hesabına köçürür. Bu qanunsuzluq səbəbindən “Mançester Siti”nin İngiltərə ikinci liqasına (Çempionşip) salınması müzakirə edilir.
Telegram kanalımız