AZ

Azərbaycan son 5 ildə maşın idxalına 1 milyarddan çox xərc çəkib – ARAŞDIRMA

2020-2025-ci illərdə Azərbaycan idxal olunan nəqliyyat vasitələri və onların hissələrinə ümumilikdə 1 milyard 25 milyon 509 min ABŞ dolları dəyərində xərc çəkib.

NOCOMMENT.az rəsmi statistikaya istinadən son 5 il ərzində nəqliyyat vasitələri və onların hissələrinin dəyər hesabını araşdırıb.

Araşdırmalara görə, bu ilin yanvar ayı üzrə nəqliyyat vasitələri və onların hissələrinə 171 milyon 925 ABŞ dollar ödəyib. Ötən ilin eyni dövründə idxal üzrə göstərici 169 milyon 633 min ABŞ dolları təşkil edib. 2023-cü ilin yanvar ayı üzrə göstəricisi hesabatda 326 milyon 004 min ABŞ dolları göstərilib.

Nəqliyyat vasitələri və onların hissələrinə Azərbaycan 2022-ci ildə 186 milyon 903 min ABŞ dolları, 2021-ci ildə isə 92 milyon 559 min ABŞ dolları ödəniş edib. Son olaraq 2020-ci il üzrə bu hesab 78 milyon 482 min ABŞ dolları təşkil edib. Statistikaya əsasən demək olar ki, əvvəlki illərə nisbətən son illərdə nəqliyyat vasitələri və onların hissələrinə ayrılan maliyyədə artım müşahidə olunur. Ən yüksək göstərici 326 milyon 004 min ABŞ dolları ilə 2023-cü ildə qeydə alınıb.\\Valyuta.az

Seçilən
16
nocomment.az

1Mənbələr