AZ

DƏHŞƏT: Keçmiş sevgilisi tərəfindən döyülərək ÖLDÜRÜLDÜ – FOTO

Türkiyənin İzmir şəhərində Fatma Kara adlı gənc qadın keçmiş sevgilisi O.G. tərəfindən küçənin ortasında döyülərək öldürülüb.

Bizim.Media xəbər verir ki, araşırmalar zamanı Ö.G.-nin Fatma Karanı daha əvvəllər döydüyü məlum olub.

Fatma Kara və keçmiş sevgilisi O.G. arasında küçənin ortasında mübahisə düşüb. Mübahisə böyüdükdən sonra O.G Fatma Karanın başına bir neçə zərbə endirib.

Hadisə yerinə təcili yardım və polis gəlib. Təcili yardımın müayinəsindən sonra Fatma Karanın öldüyü müəyyən edilib. Fatma Karanın cəsədi ekspertiza üçün İzmir Ədli Tibb Qurumuna aparılıb. Polis O.G-ni saxlayıb. Hadisə ilə bağlı polisin araşdırması davam edir. (Musavat.com)




Bizim.Media

Seçilən
16
bizim.media

1Mənbələr