PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmasından - "Liverpul" ilə bu gün keçiriləcək səfər matçından öncə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, ispaniyalı mütəxəssisin sözlərini AS belə çatdırıb:
"Bu, mövsümün ən vacib oyunudurmu? Yox. Həmişə ümid edirəm ki, ən önəmli qarşılaşma hələ irəlidədir. Mövsümün ən son matçının daha vacib olacağına (ÇL-in finalına eyham edir - red.) ümidliyəm. İndi biz "Liverpul"a qarşı döyüşməliyik ki, hələ ÇL-də oyunlarımız qalsın".
Xatırladaq ki, tərəflərin Parisdəki dueli ingilislərin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Nihat