AZ

Poqbanın cəzası rəsmən başa çatdı

Qadağan olunmuş maddələrdən istifadə etdiyi üçün diskvalifikasiya olunan fransız yarımmüdafoəçi Pol Poqbanın cəzası rəsmən başa çatıb.

Fanat.Az xəbər verir ki, "Yuventus"un və "Mançester Yunayted"in keçmiş futbolçusu martın 11-dən yaşıl meydana qayıda bilər. 

Təcrübəli futbolçu hazırda azad agentdir. Poqbaya iddialılardan biri də "Olimpik Marsel"dir. Fransız futbolçu ilə "İnter Mayami" də maraqlanır. Futbolçunun özü isə Avropanın yüksək liqalarında çıxış edən klublardan birinə keçmək niyyətindədir. 

Yarımmüdafiəçinin son iş yeri "Yuventus" olub. Tərəflər ötən ilin payızında əməkdaşlığı dayandırıblar.

Mirağa

Seçilən
9
fanat.az

1Mənbələr