AZ

Donald Tramp Rusiya-Ukrayna müharibəsini Vladimir Putinin şərtləri əsasında bitirmək istəyir – “The Atlantic” nəşri

ABŞ prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsi ilə bağlı son açıqlamaları onun qan tökülməsinə biganəliyini nümayiş etdirir.

“The Atlantic”də dərc olunan məqaləyə görə, Vaşinqton nəinki zorakılığı dayandırmağa, əksinə onu gücləndirməyə hazır olduğunu göstərir.

Trampın müharibəyə əvvəlki yanaşması təcrid ritorikası adı altında Rusiyaya üstüörtülü dəstək vermək olub. O, qəddarlığı pisləyib və xarici münaqişələrin Amerika pulları ilə maliyyələşdirilməsinə qarşı çıxıb. Lakin indi məlum olur ki, onun Ukraynanın müstəqilliyinə qarşı çıxmasının ABŞ-ın resurslarına qənaətlə heç bir əlaqəsi yoxdur – o, sadəcə olaraq Rusiyanın qalib gəlməsini istəyir.

Tramp bu yaxınlarda ABŞ-da ukraynalı qaçqınlar üçün müvəqqəti müdafiəni dayandırmağı “nəzərdən keçirdiyini” söyləyib. Ukrayna təbii sərvətlərlə bağlı güzəştlər təklif etdikdən sonra da bunun kifayət etmədiyini açıq şəkildə bildirib. NBC telekanalının məlumatına görə, hazırkı Ukrayna prezidentinin 67% dəstəyinə və onun əsas rəqiblərinin müharibə zamanı seçkilərə qarşı çıxmasına baxmayaraq, Tramp Vladimir Zelenskini istefaya və seçkilər keçirməyə sövq edir.

//Samir Qurbanov, Editor.az

Seçilən
13
editor.az

1Mənbələr