AZ

ABŞ Ukrayna ilə danışıqlardan sonra Rusiyanı məlumatlandıracaq

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, ABŞ-nin Səudiyyə Ərəbistanında Ukrayna ilə danışıqların nəticələri barədə Rusiyanı məlumatlandıracağını açıqlayıb. 

Redaktor.az bu barədə lenta.ru-ya istinadla məlumat verir.

"Əlbəttə, ABŞ, Ukrayna ətrafında vəziyyətin sülh yolu ilə həlli yollarını tapmaq məqsədilə təşəbbüs göstərən ölkə olaraq, Ciddədə ukraynalılarla keçirdiyi danışıqlardan sonra nəticələr barədə Rusiya tərəfini məlumatlandıracaq," – Kremlin rəsmi nümayəndəsi qeyd edib.

Peskov, Vaşinqtonun bu addımını, ölkələrarası münasibətlərdə qəbul edilən bir təcrübə kimi dəyərləndirib.

Aytəkin TOFİQQIZI

Seçilən
0
redaktor.az

1Mənbələr