“Sheki City”nin prezidenti Elgün Hüseynov “Football-plus.az”a məğlubiyyətlə bağlı bunları dedi:
“Məğlubiyyətin günahını kiminsə üzərinə atmaq istəmirəm. Oyunda çoxlu hakim haqsızlığı və vaxt aparmalar oldu. Rəqib vaxt öldürürdü. Bununla bağlı heç bir cəza olmadı. Daha yaxşı oynayıb qol vursaydıq, belə şeylər bizi narahat etməzdi. Hakim səhvi olsa da, günahı özümüzdə görürük. Növbəti oyuna toparlanmağa çalışırıq”.
ƏSƏD SEYİDOV