İranın ali rəhbəri Əli Xameneyi ABŞ prezidenti Donald Trampın danışıqlar təklifini rədd etmək mövqeyini bir daha bildirdikdən sonra ABŞ Dövlət Departamentinin sözçüsü Brayan Hyuz açıqlama verib.
ABŞ Dövlət Departamentinin sözçüsü deyib ki, İran razılığa gəlmədiyi təqdirdə Vaşinqtonun Tehrana qarşı maksimum təzyiq kampaniyası davam edəcək.
“Donald Tramp açıq şəkildə bəyan edib ki, ABŞ İranın nüvə silahı əldə etməsinin qarşısını almağa sadiqdir və razılığa gəlmək üçün Tehranla danışmağa hazır olduğunu vurğulayıb. İran razılaşmaya can atmasa, Tehran “maksimum təzyiq” kampaniyası altında qalacaq”, - deyə, Brayan Hyuz söyləyib.
visiontv.az