AZ

Prezident İlham Əliyev 80 yaşlı deputatı ordenlə təltif etdi-FOTO

Prezident İlham Əliyev Eldar İbrahimovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərənama əsasən Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Eldar Rza oğlu İbrahimov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilir.

Eldar İbrahimov Milli Məclisin üzvüdür. Azərbaycan Respublikası I, II, III, IV, V, VI və VII çağırış Milli Məclisinin deputatı olub. İqtisadi elmləri doktoru, professordur. Martın 12-də E.İbrahimovun 80 yaşı tamam olur.

Seçilən
12
31
azpost.info

10Mənbələr