AZ

SOCAR-da yeni direktor təyinatı olub

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Qaz Emalı Zavodunun direktoru dəyişib.

Valyuta.az  "Banker"ə istinadən xəbər verir ki, Sinan Girgin zavodun rəsmən direktor vəzifəsinə təyin edilib.

Buna qədər bu vəzifədə Aqşin Paşayev Şəmşəd oğlu idi.

Aqşin Paşayev Zavod yarandığı gündən – 2009-cu ildən bu tərəfə bu zavodun direktoru vəzifəsində çalışıb.

Sinan Girgin isə 2023-cü ildən bu zavodda rəhbərlikdə çalışırdı. Bundan öncə Türkiyənin “Tüpraş” və “Akyak Ticaret A.Ş.” kimi şirkətlərində çalışıb.

Qaz Emalı Zavodu Azərbaycan Respublikası Prezidentinin 2007-ci il tarixli Sərəncamı ilə SOCAR-ın strukturuna daxil edilib. Zavod təbii qazın, qaz kondensatının, yüngül karbohidrogenlərin geniş fraksiyasının emalını, təmizlənmiş təbii qaz, qaz benzini, texniki butan, texniki propan-butan qarışığı, ağır kondensat kimi məhsulların istehsalını həyata keçirir.

Seçilən
41
5
valyuta.az

6Mənbələr