AZ

Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşü başladı

Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna və ABŞ nümayəndə heyətləri arasında danışıqlar başlayıb. 

News24.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.

Ukrayna tərəfdən görüşdə Zelenskinin ofisinin rəhbəri Andrey Yermak, xarici işlər naziri Andriy Sibiqa və müdafiə naziri Rustem Umerov iştirak edir. 

ABŞ nümayəndə heyətinə isə Dövlət katibi Marko Rubio və milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals başçılıq edir.

Daha əvvəl ABŞ nümayəndələri bəyan etmişdilər ki, danışıqların mövzularından biri Kiyevin Rusiya ilə münaqişənin sülh yolu ilə həlli istiqamətində addımlar atmağa hazır olması olacaq.

ABŞ nümayəndələrinin vəliəhd şahzadə Məhəmməd bin Salmanla danışıqlar aparmaq üçün bazar ertəsi Səudiyyə Ərəbistanına gələn Vladimir Zelenski ilə görüşmək planı yoxdur.

Görüşün mövzuları arasında tərəflərin əvvəlki bəyanatlarına görə, mineral ehtiyatlara dair razılaşma və Amerikanın Ukraynaya silah tədarükünün bərpası ola bilər. Tərəflər bağlı qapılar arxasında keçiriləcək müzakirələr öncəsi ictimaiyyətə açıqlama verməkdən çəkiniblər.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bir qədər əvvəl deyib ki, Vaşinqton Kiyev təmsilçiləri ilə Ciddədəki təmaslarının nəticələri barədə Moskvanı məlumatlandıracaq.


Aynurə

Seçilən
23
50
news24.az

10Mənbələr