Rusiyanın Sankt-Peterburqda uşaq pornoqrafiyası hazırlayan səkkiz nəfər həbs edilib.
AzPost 78.ru-ya istinadla xəbər verir ki, Sankt-Peterburqda hüquq-mühafizə orqanlarının əməkdaşları son bir il ərzində, 2024-cü ilin martından bu ilin fevralına kimi bütöv bir qrupu saxlayıblar.
Saxlanılan 21-38 yaş arası kişilər azyaşlı oğlanlarla cinsi əlaqədə olmaqda maraqlı olublar.
Şübhəlilər sosial şəbəkələrdə bir-birlərinə uşaq pornoqrafiyası videolarını göndəriblər. Qrupun kişi üzvlərindən bəziləri yeniyetmələrə qarşı cinsi cinayətlərdə iştirak ediblər.
Martın 10-da Sankt-Peterburqun Puşkinski rayonu üzrə İstintaq İdarəsi cinayət işi açıb. Saxlanılanların hamısı “Yetkinlik yaşına çatmayandan pornoqrafik materiallar hazırlamaq məqsədilə istifadə etmə” maddəsi ilə qanunu pozmaqda şübhəli bilinir.