Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun üzvü Kriştiano Ronaldu dünən Asiya Çempionlar Liqasının 1/8 finalında İranın "İstiqlal" komandası ilə oyunda (3:0) karyerasının 927-ci qolu vurub.

Offsideplus.az xəbər verir ki, 40 yaşlı hücumçu matçın 27-ci dəqiqəsində 11 metrlik cərimə zərbəsindən fərqlənib.

Bununla da, dünya ulduzu 173-cü dəfə penaltini qola çevirməyi bacarıb. Futbolçu bundan ötrü 204 dəfə cəhd göstərib, 31 zərbə tora qovuşmayıb.

Ronaldu həmişə müqayisə olunduğu Lionel Messidən penaltilərin statistikasına görə bir qədər də aralanıb. Hazırda ABŞ-ın "İnter Mayami" klubunun şərəfini qoruyan argentinalı 140 penaltidən 109-nu dəqiq yerinə yetirib.