Azərbaycan Basketbol Liqasında (ABL) 1-ci mərhələnin son 3 turu qalıb və komandalar üçün hər xal kritik əhəmiyyət daşıyır. Hər iki qrupda pley-offa birbaşa vəsiqə qazanan komandalar hələ tam müəyyənləşməyib və gərgin mübarizə davam edir.

A qrupunda son turların önəmi

A qrupunda "Sabah" komandası 30 xalla liderdir və artıq pley-offa birbaşa vəsiqəni təmin edib. Həmçinin "Naxçıvan"-da 28 xalla pley-offa vəsiqə qazanan 2-ci komandadır. "Neftçi" (25 xal) isə 1/4 finala birbaşa yüksəlmək üçün əsas namizəddir. Ancaq onların arxasında yer alan "Abşeron" (24 xal) və "Sərhədçi" (23 xal) son turlarda yaxşı nəticələr qazansa, 1/4 finala birbaşa yüksələ bilər. "NTD" isə 23 xalla ən çətin vəziyyətdə olan komandadır və yalnız ardıcıl qələbələr onları irəli apara bilər.

Əgər "Neftçi" son oyunlarında xal itirsə, "Abşeron" və ya "Sərhədçi" fürsətdən yararlanaraq ilk üçlükdə yer ala bilər. Bu, onların 1/8 finalda mübarizə aparmaq məcburiyyətində qalmamalarına səbəb olacaq.

B qrupunda zirvə yarışı

B qrupunda "Gəncə" və "Şəki" 30 xalla liderliyi bölüşür və bu iki komandadan yalnız biri birbaşa 1/4 finala vəsiqə qazanacaq. Son turlarda onların hansı biri üstün olsa, 1/4 finala birbaşa vəsiqəni təmin edəcək. "Ordu" isə 28 xalla üçüncü sıradadır və 1/8 final mərhələsində mübarizə aparmalı olacaq.

Bununla yanaşı, dördüncü pillədə olan "Sumqayıt" (24 xal) yerini qorumağa çalışacaq, çünki beşinci sıradakı "Quba" (21 xal) və altıncı pillədəki "Lənkəran" (20 xal) onları sıx təqib edir. "Sumqayıt" son 3 oyundan ən azı ikisini qazanmasa, yerini itirə və 1/8 finalda daha çətin rəqiblə qarşılaşa bilər.

Reqlament necədir? Hansı komandalar növbəti mərhələdə olacaq? 

Mövcud qaydalara əsasən:

- A qrupunun ilk 3 komandası birbaşa 1/4 finala vəsiqə qazanır.

- B qrupunda yalnız birinci yerin sahibi birbaşa 1/4 finala yüksəlir.

- Digər komandalar 1/8 final mərhələsində oynayır və burada ən tez 2 qələbə qazananlar 1/4 finala yüksəlir.

- 1/4 final və yarımfinal seriyaları 2 qələbəyə qədər davam edir.

- Finalda isə ən tez 4 qələbə qazanan komanda ABL çempionu olur.

Məsələn: Əgər "Neftçi" 1/4 finala birbaşa vəsiqə qazana bilməsə, o, 1/8 finalda "Sumqayıt"la qarşılaşa bilər. Bu seriyada 2 qələbə qazanan tərəf 1/4 finala yüksələcək. Daha sonra həmin komanda 1/4 finalda "Sabah"la qarşılaşsa, 2 qələbə qazanan yarımfinala adlayacaq.

Çempionluğa ən yaxın komandalar hansılardır?

Hazırkı duruma əsasən, “Sabah" "Gəncə" və "Şəki" çempionluğa namizədlərdir. "Naxçıvan", “Neftçi”NTD və "Ordu" isə sürpriz edə biləcək komandalar sırasındadır. Amma biz digər komandalardan da gözlənilməz nəticələr görmüşük. Son turların nəticələri pley-offda hansı komandaların üstünlük qazanacağını müəyyən edəcək.