Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında yeni nəsil nəzarət-kassaaparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 3 milyard 908,2milyon manat olub.
Dövlət Vergi Xidmətindən Trend-ə bildirilib ki, bu, 2024-cü ilin müvafiq dövrüilə müqayisədə 345,4 milyon manatdan, yaxud 9,7 faizdən çox artımdeməkdir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindənölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqiistiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində104.995 ədəd belə NKA quraşdırılıb.
Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffafaparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasınavə dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.