Britaniya səfirliyi Azərbaycanla diplomatik münasibətlərin qurulmasının 33-cü ildönümü münasibətilə paylaşım edib.
Azərbaycan və Böyük Britaniya martın 11-də diplomatik münasibətlərin qurulmasının 33-cü ildönümünü qeyd edirlər.
Operativ Media xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
"Bu gün Birləşmiş Krallıq və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 33-cü ildönümünü qeyd edirik", - paylaşımda vurğulanıb.