Xırdalanda səkilərin zəbti, onların parkingə çevrilməsi sürətlə davam edir.
Tribunainfo.az xəbər verir ki, Xırdalanda Heydər Əliyev prospektində daha bir səkinin təyinatı üzrə istifadəsinə son qoyulub. Belə ki, piyada səkisi tamamilə asfaltlanaraq avtomobillərin saxlanması üçün parkingə çevrilib. Sakinlər bildirir ki, səki təzəlikcə asfaltlanıb və səkidəki ağacların köklərinə qədər asfalt vurulub. Onlar ehtimal edir ki, bir nüçə gün sonra gecə ilə bu ağaclar da kəsiləcək.
Səkilərin zəbti, onların parkingə çevrilməsi və ya qanunsuz olaraq hər hansısa tikintilərin aparılması sakinləri narahat edir. Onlar bildirir ki, artıq Xırdalanda piyadaların hərəkəti üçün səki qalmayıb:
“Neçə illərdir belə davam edir və buna son qoyan da yoxdur. Bu problem ancaq Xırdalan sakinlərini narahat edir. Heç bir aidiyyəti qurumu səkilərin zəbti, qanunsuz tikililər nə maraqlandırırır, nə də narahat edir. Çox maraqlıdır, Xırdalanda nə baş verməlidir ki, aidiyyəti qurumlar tədbir görməyə başlasın?”.
Nigar