Sabiq prezident Rodriqo Duterte saxlanılıb.
Publika.az xəbər verir ki, narkotiklərlə mübarizə əməliyyatları zamanı törətdiyi insanlığa qarşı cinayətlərə görə İnterpol tərəfindən qırmızı bülletenlə axtarışa verilən Filippinin keçmiş prezidenti Rodriqo Duterte Honq-Konqdan qayıdarkən Manila hava limanında saxlanılıb.
Yerli polisin Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) verdiyi həbs orderinin surətini aldığı bildirilir. Dutertenin saxlanılmasına 7 min polis cəlb olunub.
Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi 2021-ci ilin sentyabrında Dutertenin narkotiklərlə mübarizə zamanı bəşəriyyətə qarşı törədilmiş cinayətlərlə bağlı təhqiqata başlamaq qərarına gəlib.