AZ

Ermənilərin mühüm postu Ordumuzun nəzarətində: “Yeni il” zastavasında Bayrağımız dalğalanır

Erməni jurnalist Voskan Sarkisyan “Jamanak” qəzetində Azərbaycan və Ermənistan arasında keçirilmiş demarkasiya ilə bağlı maraqlı detalları açıqlayıb. Tribuinainfo.az xəbər verir ki, o, Ermənistanın Noyenberyan rayonu istiqamətində mühüm postun Azərbaycanın nəzarətinə keçdiyini bildirib.
Sarkisyan yazıb ki, keçən il keçirilmiş demarkasiya prosesindən sonra Voskevan və Baqanis kəndlərinin sərhədyanı ərazilərində yerləşən müdafiə mövqeləri Azərbaycana təhvil verilib. “Demarkasiya prosesi ilə “Yeni il” postu Ermənistan ərazisində qalıb. Lakin həmin bazada hərbi qulluqçuların ərzaqla təmin olunmasında yaranan çətinlikləri bəhanə edərək, reallıqda Ermənistan hakimiyyətinin və hərbi komandanlığının məsuliyyətsizliyi ucbatından həmin baza Azərbaycana təhvil verilib və həmin döyüş mövqeyində Azərbaycan Bayrağı dalğalanır”.
O yekunda bildirib ki, həmin hündürlükdəki zastava Ermənistan-Gürcüstan dövlətlərarası avtomobil yolunda nəqliyyatın hərəkətinə nəzarət edir.

Seçilən
24
tribunainfo.az

1Mənbələr