Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud Ciddə şəhərində Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıqlar aparıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, görüş zamanı tərəflər Səudiyyə Ərəbistanı ilə Ukrayna arasındakı münasibətləri, həmçinin Ukrayna böhranının son hadisələri və şərtlərini müzakirə ediblər.
Vəliəhd Zelenski ilə görüşdə Ukraynada sülhün əldə edilməsinə yönəlmiş istənilən beynəlxalq səyləri dəstəklədiyini bildirib.