AZ

Yalnız 7 ölkədə havanın keyfiyyəti ÜST standartlarına cavab verir

2024-cü ildə dünyanın yalnız 7 ölkəsində havanın keyfiyyəti Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi standartlara cavab verib. 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, yalnız Avstraliya, Yeni Zelandiya, Baham adaları, Barbados, Qrenada, Estoniya və İslandiya müəyyən edilmiş meyarlara cavab verib.

2024-cü ildə havanın ən çox çirkli olduğu ölkələr Çad və Banqladeş olub, burada havadakı tüstünün orta miqdarı ÜST-ün tövsiyəsindən (5 mq/m3) 15 dəfə yüksək olub. 

Bu iki ölkəni çirklənmə səviyyəsinə görə Pakistan, Konqo Demokratik Respublikası və Hindistan izləyir. 

Seçilən
25
operativmm.az

1Mənbələr