Norveçin müdafiə sistemləri tədarükçüsü Kongsberg Defence & Aerospace şirkəti Danimarka Müdafiə Nazirliyi ilə NSM gəmi əleyhinə raketlər və əlaqəli avadanlıqların tədarükü üçün müqavilə imzalayıb.
Herbiand.az bildirir ki, sövdələşmənin dəyəri 2,1 milyard Norveç kronu (təxminən 193,5 milyon ABŞ dolları) təşkil edib.
Alınan raketlərin sayı açıqlanmır. Onların tezliklə hərtərəfli modernləşdirmədən keçəcək “İver Huitfeldt” sinifli freqatların arsenalına inteqrasiya ediləcəyi gözlənilir. NSM silahlanmada köhnəlmiş “Harpoon” raketlərini əvəz edəcək.
Danimarka NSM gəmi əleyhinə raketləri seçən 14-cü ölkədir.
Bəxtiyar CƏFƏRLİ