1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Qalatasaray" klubunun ulduz qolkiperi "Alanyaspor"la görüşdən sonra soyunub-geyinmə otağında komanda yoldaşlarını tənqid atəşinə tutub.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, kapitan olan Fernando Muslera komanda yoldaşlarına toparlanmağı tapşırıb.
"Bərbad oynayırıq. Biz bu deyilik, özünüzə gəlin", - deyə Muslera komandanı tənbeh edib.
Qeyd edək ki, "Qalatasaray" "Alanyaspor"la görüşdə geridönüş edərək 2-1 hesablı qələbəyə sevinib.