AZ

Prezidentin orden verdiyi Eldar İbrahimov kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Eldar Rza oğlu İbrahimov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Ölkə.Az E.İbrahimovun dosyesini təqdim edir:

Eldar İbrahimov 12 mart 1945-ci ildə Naxçıvan MSSR Babək rayonunun Cəhri kəndində anadan olub. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu və Bakı Sosial İdarəetmə və Politologiya İnstitunu bitirib.

1961-ci ildə Naxçıvanda tikinti idarəsində, toxuculuq kombinatında, avtotəmir zavodunda fəhlə, çilingər, mexanik işləyib. 1966-cı ildən Azərbaycan Kənd Texnika Birliyi sistemində mühəndis, baş mühəndis, 1980-ci ildən Naxçıvan Vilayət Partiya Komitəsində təlimatçı olub. 1982–1988-ci illərdə Naxçıvan Dövlət Texnika Birliyinin sədri — Dövlət Aqrar-Sənaye Komitəsi sədrinin müavini, 1988-ci ildən Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci müavini — Dövlət Aqrar Sənaye Komitəsinin sədri və Vilayət Partiya Komitəsinin büro üzvü, 1993-cü ildən Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini — Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin sədri vəzifələrində çalışıb.

Azərbaycan Respublikası I, II, III, IV, V, VI və VII çağırış Milli Məclisinin deputatıdır.

Ağsaqqallar Şurasının sədr müavinidir. Azərbaycan-Özbəkistan Dostluq qrupunun sədridir.

Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib.

Ailəlidir 3 övladı var. Böyük oğlu Rza İbrahimov 2001-ci ildə Azərbaycanın İran İslam Respublikasındakı səfirliyində diplomatik xidməti vəzifəsini yerinə yetirərkən faciəvi şəkildə 29 yaşında avtoqəzada həyatını itirib.

2024-cü il oktyabrın 8-də Azərbaycan — Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.

3 fevral 2025-ci ildə Milli Məclisin İntizam komissiyasının sədri seçilib.
Billurə

Seçilən
13
olke.az

1Mənbələr