AZ

Trampın nümayəndəsi Putinlə görüşəcək

ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkof bu həftə (11-16 mart) Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya gəlməyi planlaşdırır.

Ölkə.Az “Bloomberg”ə istinadən xəbər verir ki, səfərin konkret tarixi açıqlanmayıb.

"Onun səfəri Ukrayna rəsmiləri ilə dövlət katibi Marko Rubio və milli təhlükəsizlik müşaviri Mayk Vals arasında Səudiyyə Ərəbistanında görüşlərinə təsadüf edəcək", - Bloomberg yazır. 

ABŞ və Ukrayna nümayəndə heyətlərinin Ciddə görüşü martın 11-nə planlaşdırılıb.

“Reuters”in yazdığına görə, ABŞ prezidentinin xüsusi nümayəndəsinin planlarından xəbərdar olan şəxsə istinadən Stiv Uitkofun Moskvaya səfər etmək niyyəti barədə məlumat yayıb. Agentlik qeyd edir ki, Uitkof fevral ayında Vladimir Putinlə görüşüb və nəhayət, Rusiyada narkotik ittihamı ilə 14 il müddətinə azadlıqdan məhrum edilmiş amerikalı Mark Vogellə birlikdə ABŞ-yə qayıdıb.

“Axios”un məlumatına görə isə Uitkofun Putinlə görüşü martın 13-də baş tutacaq. 

Rusiya və ABŞ hakimiyyət orqanlarının nümayəndələri Uitkofun Moskvaya mümkün səfəri barədə məlumat verməyiblər. 

Mürtəza
Ölkə.Az

Seçilən
54
2
olke.az

4Mənbələr