AZ

Hərbi cinayətlər törətmiş şəxsləri müdafiə etmək heç bir insanlığa sığmır



"Azərbaycan dövləti və xalqına qarşı hərbi cinayələr törətmiş erməni əsilli şəxsləri müdafiə etmək nə insanlığa, nə də Avropa dəyərlərinə sığır".

Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı bir sıra Avropa ölkələri tərəfindən Azərbaycanda məhkəməsi keçirilən erməniəsilli vətəndaşların müdafiəsinə yönəlik bəyanatlar, açıqlamalara münasibət bildirərkən səsləndirib. İctimai Birlik sədri deyib ki, sözügedən şəxslərin müdafiəsinə qalxmaq həm də onların törətmiş olduğu cinayətlərin qurbanına çevrilmiş insanların ruhuna hörmətsizlikdir:

"Artıq bir müddətdir ki, məhkəməsi davam edən erməniəsilli vətəndaşlar özləri belə müharibə dövründə törətdikləri cinayətləri etiraf ediblər. Vardanyan, Qukasyan və digərləri konkret olaraq Azərbaycan dövlətinə və xalqına qarşı cinayət törədiblər. Həmin cinayətlərdən yüzlərlə, minlərlə soydaşımız zərər çəkib, yaxud dünyasını dəyişib. Belə olan halda bəzi Avropa dövlətlərinin həmin cinayətkarları müdafiə etməsi, bəzi hallarda utanmadan onların azadlığa buraxılması kimi tələblərin səsləndirilməsi heç bir məntiqə, insanlığa sığmır".

Arzuman Muradlı onu da deyib ki, sözügedən məhkəmə prosesi üzərindən Avropa ölkələri tərəfindən Azərbaycana qarşı əsassız ittihamların irəli sürülməsində erməni diasporu xüsusi fəallıq göstərir və həm diaspor, həm də Ermənistan dövləti bu məsələdə Azərbaycana qarşı iyrənc kampaniya aparır.

İctimai Birlik sədri, "Kimin nə deməsindən asılı olmayaraq cinayətkarlar öz layiqli cavablarını alacaqlar. Həm də bu dünyaya sübut ediləcək ki, cinayətkarlar heç vaxt cəzası qalmırlar, onlar gec-tez ədalət mühakiməsi qarşısına çıxırlar".

Süleyman

Süleyman
Seçilən
33
newscenter.az

1Mənbələr