ABŞ-nin nümayəndə heyəti Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna nümayəndələri ilə görüşə gecikib.
Qaziler.az xəbər verir ki, bu barədə “Strana.ua” nəşri məlumat yayıb.
“Görüş amerikalıların gec gəlməsi səbəbindən bir qədər gecikdi”, - materialda qeyd olunub.
Qeyd edək ki, martın 11-də Səudiyyə Ərəbistanında Ukrayna və ABŞ nümayəndə heyətləri arasında danışıqlar başlayıb.
Kiyevdən görüşdə Ukrayna prezidentinin aparat rəhbəri Andrey Yermak, Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sıbiha və müdafiə naziri Rustem Umerov iştirak edir. Amerika nümayəndə heyətinə dövlət katibi Marko Rubio və milli təhlükəsizlik müşaviri Mayk Uols başçılıq edir.
QAZİLER.AZ