AZ

İsrail Hərbi Hava Qüvvələri Suriyanın cənubundakı hərbi bazalara zərbələr endirib

İsrail hərbi aviasiyası Suriyanın cənubundakı Dəra əyalətindəki hərbi bazalara hava zərbələri endirib. 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

İsrail bombardmanının hədəfi Raket və elektron döyüş sistemlərinin yerləşdiyi Suriya paytaxtından 65 km aralıda yerləşən Cbabdakı 89-cu Zirehli Briqada bazası və İzraa şəhərindəki 12-ci Briqada olub.

İsrail Quneytra bölgəsində 90-cı briqada istiqamətində dörd hücum həyata keçirərək, tankları və bir neçə digər hərbi texnikanı məhv edib.

Seçilən
45
operativmm.az

1Mənbələr