ABŞ prezidenti Donald Tramp son həftələr narazılıq yaradan baş məsləhətçi təyin etdiyi milyarder tElon Maskın qısa müddətdə fantastik işlər gördüyünü iddia edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, Maskın ABŞ üçün çox çalışdığını və böyük iş gördüyünü bildirib.
Tramp bildirib ki, bəzi qruplar bu səbəbdən ona qarşı kampaniyaya başlayıblar: "Radikal solçu dəlilər, tez-tez etdiyi kimi, dünyanın ən böyük avtomobil istehsalçılarından biri olan "Tesla" - onun "körpə"si sayılan maşınları boykot etməyə çalışırlar. O, seçki dövründə də eyni hala məruz qaldı. Hər halda Elon Maska dəstəyimi və güvənimi göstərmək üçün səhər yeni Tesla alacam”.
Lamiyə Əhmədli
MİA.AZ