Bakı. Trend:
Azərbaycan gələcəkdə Şimali Makedoniyaya lazım olan həcmdə qaztəchizatını artıra bilər.
Trend xəbər verir ki, bu barədə AzərbaycanPrezidenti İlham Əliyev Şimali Makedoniya Prezidenti QordanaSilyanovska-Davkova ilə mətbuata bəyanatında bildirib.
Prezident İlham Əliyevin bəyanatı
- Hörmətli xanım Prezident.
Hörmətli qonaqlar, xanımlar və cənablar.
Xanım Prezident, Sizi bir daha səmimiyyətlə salamlayıram,Azərbaycana xoş gəlmisiniz. Bu, Sizin Azərbaycana ikincisəfərinizdir. Mən çox şadam ki, Siz COP29 konfransında da fəaliştirak etmisiniz və konfransın uğurla keçirilməsinə öz töhfənizivermisiniz.
Noyabr ayında görüş əsnasında mən Sizi Azərbaycana rəsmi səfərədəvət etmişəm və şadam ki, mənim dəvətimi qəbul edib bu gün rəsmisəfərdəsiniz. Biz ikitərəfli münasibətlərimizin inkişafı üçün fəaliş aparırıq. Şadam ki, ölkələrimiz arasında siyasi dialoq dinamikxarakter alır. Bizim xanım Prezidentlə ikinci görüşümüz qısa müddətərzində bunun əyani sübutudur. Siyasi əlaqələrimizin inkişafı üçünəlavə tədbirlər görülməlidir, müvafiq dövlət qurumları təbii olaraqsıx təmasda olmalıdırlar. Eyni zamanda, iqtisadi sahədə, sərmayəqoyuluşu sahəsində imkanlar araşdırılmalıdır. Əfsuslar olsun ki, bugünə qədər ticari-iqtisadi sahədə o qədər böyük nəticələr əldəedilməyib. Ancaq ümid edirəm ki, Sizin rəsmi səfərinizdən vənümayəndə heyətlərinin təmaslarından sonra biz bu boşluğu dadolduracağıq.
Son ayların müsbət əlaməti də ondan ibarətdir ki, iki ölkəenergetika sahəsində əməkdaşlığa başlamışdır. Azərbaycan qazı artıqŞimali Makedoniyanın bazarına çatdırılmışdır və bu, keçən ilinsonlarında baş verdi, bu il artıq müntəzəm olaraq Azərbaycan sizinbazarınızı təbii qazla təmin edəcəkdir. Gələcəkdə biz lazım olanhəcmdə qaz təchizatını artıra bilərik. Çünki biz bu gün yeni qazyataqlarının istismara verilməsi istiqamətində fəal iş aparırıq.Bildirməliyəm ki, hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edirvə bizim müştərilərimizin coğrafi yerləşməsi də Avrasiya məkanınıəhatə edir. On iki ölkədən 10 ölkə Avropa ölkəsidir. Keçən ilAzərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchizetmişdir. Təbii ki, bizim istehsalımız bundan daha çoxdur. Çünkibiz yerli tələbatı da ödəyirik. Ancaq əhatə dairəsi, qaztəchizatımızın coğrafiyasının genişləndirilməsi də gündəlikdə duranməsələdir. Avropa Azərbaycan qazına ehtiyac duyur. Təxminən üç ilbundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycanarasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsibunun əyani təzahürüdür. Bu gün Azərbaycan qazı bir çox Avropaölkəsinin enerji təhlükəsizliyini təmin edir və Avropadakıtərəfdaşlarımızın xahişlərinə biz hər zaman böyük diqqətləyanaşmışıq. Yəni, energetika sahəsində ikitərəfli formatdaəməkdaşlıq bizim üçün çox önəmlidir və mən ümid edirəm ki, bupraktiki əməkdaşlıq digər sahələrdə də əməkdaşlığa gətiribçıxaracaq.
Mən xatırlayıram ki, keçən səfəriniz çərçivəsində SizAzərbaycanın mədəni həyatı ilə də tanış olmusunuz və bilirəm,sabahkı proqramınızda da buna oxşar tədbirlər var. Biz bunu çoxmüsbət qarşılayırıq, bunu alqışlayırıq. Xalqlarımızın humanitarsahədə əməkdaşlığına da böyük ehtiyac var. Şadam ki, Siz, eynizamanda, XII Qlobal Bakı Forumunda iştirak edəcəksiniz. NizamiGəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan bu Forum dünyamiqyasında layiqli yerini tuta bilib. Əlbəttə ki, Sizin dəyərlifikirləriniz, tövsiyələriniz hamı üçün maraqlı olacaq. Siz bizimtələbələrimizlə də görüşəcəksiniz. Buna görə də Sizə təşəkkürümübildirirəm.
Sizin siyasi və dövlət xadimi kimi çox böyük təcrübəniz var. Sizbeynəlxalq təşkilatlarda yüksək vəzifələrdə çalışmısınız, eynizamanda, ölkənizdə müxtəlif mərhələlərdən keçərək ən yüksəkvəzifəyə layiq görülmüsünüz. Ona görə Sizin dəyərli fikirlərinizhamımız üçün çox maraqlı ola bilər.
Xanım Prezident, Sizi bir daha səmimiyyətlə salamlayıram, xoşgəlmisiniz. Əminəm ki, səfəriniz uğurlu olacaqdır.