AZ

“O, yayda komandanı gücləndirmək imkanından məhrum edilsə, ayrılacaq”

Keçmiş futbolçu Paolo Di Kanio hesab edir ki, “Napoli”nin baş məşqçisi Antonio Konte çempion olacağı təqdirdə, klubu tərk edə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı sabiq oyunçu, Kontenin yayda komandanı gücləndirmək imkanından məhrum edilsə, “Napoli”dən ayrılacağını bildirib:

“Kontenin xarakterini bildiyim üçün deyə bilərəm ki, o, yayda komandanı gücləndirmək imkanından məhrum edilsə, skudettonu qazandıqdan sonra “Napoli”dən ayrılacaq”.

“Napoli” dünən öz meydanında “Fiorentina”ya qalib gəlib (2:1). Komanda növbəti turda, martın 16-da səfərdə “Venesiya” ilə qarşılaşacaq.

Kontenin komandası hazırda A Seriyasının turnir cədvəlində “İnter”dən cəmi bir xal geri qalaraq, ikinci pillədə qərarlaşıb. Mövsümün sonuna 10 tur qalıb.

Seçilən
15
sportinfo.az

1Mənbələr