AZ

Rutte Aİ liderlərinə çağırış etdi - “Ərdoğanla əməkdaşlığı gücləndirin”

NATO-nun baş katibi Mark Rutte Avropa İttifaqı (Aİ) liderlərinə çağırış edib.

“Qafqazinfo” “Financial Times”a istinadən xəbər verir ki, o, liderləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla əlaqələri gücləndirməyə, fikir ayrılıqlarını bir kənara qoymağa və təhlükəsizlik sahəsində əməkdaşlıq etməyə çağırıb.

Nəşrin məlumatına görə, bu, ABŞ prezidenti Donald Tramp və onun administrasiyasının Avropa təhlükəsizliyindəki mövqeyi ilə bağlıdır.

Bundan əlavə, Brüssel Avropanın müdafiə qabiliyyətinin artırılmasına təkan vermək çərçivəsində Türkiyə və digər Aİ-yə daxil olmayan ölkələrlə əməkdaşlığı genişləndirmək imkanlarını araşdırır.

Seçilən
43
4
qafqazinfo.az

5Mənbələr