Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, ölkəsi Gürcüstanın öz dövlətçiliyini və suverenliyini müdafiə etmək üçün atdığı addımları düzgün hesab edir.
Publika.az xəbər verir ki, o, bu barədə xarici dövlətlərin səfirlərinin etimadnaməsini qəbul edərkən bildirib.
“Biz Gürcüstanın öz dövlətçiliyini və suverenliyini qorumaq üçün atdığı addımları yüksək qiymətləndirir və dəstəkləyirik. Bu, bizim yanaşmalarımıza uyğundur”, - Belarus lideri qeyd edib.
Martın 5-də Gürcüstan parlamentinin Avropaya inteqrasiya komitəsinin sədri Levan Maxaşvili bəyan edib ki, onun ölkəsi “anti-Rusiya aləti” olmaqdan qəti şəkildə imtina edir. Gürcüstanın baş naziri İrakli Kobaxidze bundan əvvəl demişdi ki, əgər respublika 2022-ci ildə Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulsaydı, iqtisadi çöküş və eskalasiya ilə üzləşəcəkdi.