AZ

Luis Enrike: "Liverpul"a qalib gəlməkdən başqa şansımız yoxdur"

PSJ-nin baş məşqçisi Luis Enrike "Liverpul"a qarşı keçirəcəkləri oyun haqqında danışıb.

PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının 1/8 final mərhələsinin "Liverpul"la cavab oyunu ilə bağlı gözləntilərini bölüşüb.

Operativ Media xəbər verir ki, ilk oyun İngiltərə klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Luis Enrike yalnız bir seçimlərinin olduğunu bildirib.

“Mənim yanaşmam dəyişmir, amma həqiqətdir ki, indiki vəziyyətə görə biz kənardayıq. Bizim yalnız bir seçimimiz var, meydana çıxıb qalib gəlmək. Biz rəqib stadionunda yaxşı oyun göstərməyə qadir olduğumuzu göstərmək istəyirik. Məqsədimiz bəllidir, rəqibimizdən üstün olmağa çalışmaq. Evdən kənarda oynamaq çətin olsa da, vəziyyətə nəzarət etməyə çalışırıq. Məqsədimiz topa sahib olmaqdır, bu, bizim əsasımızdır, sonra oyunun necə inkişaf edəcəyini görəcəyik”.

Qarşılaşma martın 11-də "Enfild" stadionunda baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Seçilən
9
operativmedia.az

1Mənbələr