Pakistanın Bəlucistan əyalətində separatçı Bəluc Azadlıq Ordusunun (BLA) silahlıları sərnişin qatarına hücum ediblər.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, hücum nəticəsində qatarın mühəndisi yaralanıb, təhlükəsizlik işçiləri də daxil olmaqla 450 sərnişin girov götürülüb.
Dəmiryol rəsmilərinin məlumatına görə, qatar Kvettadan Pişəvərə gedərkən hədəfə alınıb. Yaraqlılar qadın, uşaq və bəluc sərnişinləri azad etdiklərini, lakin Pakistan təhlükəsizlik qüvvələrinin əməkdaşlarını saxladıqlarını bildiriblər.
Hökumət sözçüsü Şahid Rind insidentlə bağlı bütün qurumların hərəkətə keçdiyini və təhlükəsizlik qüvvələrinin bölgəyə göndərildiyini açıqlayıb. Hücum bölgədəki separatçı qrupların yeni və intensiv hücumlar həyata keçirəcəklərini elan etməsindən bir neçə gün sonraya təsadüf edir.
Milli.Az