Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada səfərdə olan xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Azərbaycan XİN “X” hesabında paylaşıb.
Bildirilib ki, görüş zamanı tərəflər iki ölkə arasında strateji tərəfdaşlığa dair aktual məsələlər barədə fikir mübadiləsi aparılıblar.

