AZ

Şəkidə 4 otaqlı yaşayış evi yanıb

Şəkidə 4 otaqlı yaşayış evi yanıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, günorta saatlarında rayonun Baltalı kəndində kənd sakini Kamil Müslüm oğlu Həsənova məxsus, ümumi sahəsi 72 kv/m olan 4 otaqlı fərdi yaşayış evində yanğın baş verib. Yanğının söndürülməsi üçün əraziyə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb olunub. Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Yanğın evə bitişik tikilən talvara da keçib. Talvarın 16 kv/m-lik sahəsinin yanar konstruksiyaları yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
36
4
apa.az

5Mənbələr