Məşhur iş adamı və SpaceX-in rəhbəri İlon Mask yenidən Polşanın xarici işlər naziri Radoslav Sikorski ilə qalmaqalın mərkəzində olub. Mask bu dəfə siyasətçini Corc Sorosun maraqlarından çıxış etməkdə ittiham edərək, nazirin məşhur maliyyəçinin oğlu Aleksandr Sorosla yaxın münasibətinə görə onu “kukla” adlandırıb.
Mask və Sikorski arasında münaqişə 2025-ci ilin martında Polşanın Ukraynaya ölkənin ehtiyacları üçün “Starlink” terminallarının istismarı üçün pul ödəməklə fəal dəstək verdiyi zaman başlayıb. Sonra Sikorski deyib ki, Maskın şirkəti “SpaceX”-in etibarsız rabitə xidməti təminatçısı olduğu ortaya çıxarsa, Polşa başqa tərəfdaşlar axtaracaq. Mask ona kəskin cavab verib və Sikorskini “kiçik adam” adlandırıb və Polşanın “Starlink” xərclərinin yalnız kiçik bir hissəsini ödədiyini və sistemin dəyişdirilə bilməyəcəyinə işarə edib. Bu tikanlı atmacalar internetdə güclü reaksiyaya səbəb olub və onların qarşıdurmasına diqqət çəkib.
Sikorskinin Aleksander Soros ilə dostluğu barədə xəbərin dərcindən sonra yeni bir mübahisə yaranıb. "Onet" xəbər verir ki, Mask fürsəti əldən verməyib və naziri açıq şəkildə tənqid edib, bu isə Polşa hökumətini məcbur edib ki, öz nümayəndələrinə amerikalı siyasətçilərlə bağlı bəyanatlarında daha diqqətli olmağı tapşırsın. Eyni zamanda, Varşava israr edir ki, Sikorski Donald Trampın komandası da daxil olmaqla Mask və ətrafı ilə mübahisəyə girərək səhvə yol verməyib.