İqtisadiyyatla bağlı narahatlıqlar səhmlərə təsir etdiyi üçün ABŞ prezidenti Donald Tramp ABŞ-ın iri şirkətlərinin baş direktorları ilə görüşəcək.
İndex.az xəbər verir ki, “Reuters”in yaydığı məlyumata görə, Tramp Vaşinqtonda keçirilən növbəti Biznes Dəyirmi Masa görüşündə 100-ə yaxın icraçı direktorla görüşəcək.
Bu görüşdə ABŞ-ın “Apple”, “JPMorgan Chase” və “Walmart” kimi iri şirkətlərinin baş direktorları iştirak edəcək.
Tramp bazar ertəsi Ağ Evdə texnologiya şirkətlərinin rəhbərləri ilə də görüşüb.